TYS – Türkçe Yeterlilik Sınavı

Hər Gün Online TYS –  İmtahanımız olur. (Dövlət universitetidir)
Tel: 050-807-57-37

PULSUZ NÜMUNƏ
İMTAHANA BAŞLA

TYS – bir Türkçe yeterlilik sınavıdır.
Türkiyədə təhsil almaq istəyən hər kəs bu imtahana girməlidir. TYS – imtahanı verməyən tələbələr Türkiyədə bir il artıq oxuyur. Oxunan bu bir il artıq müddət universitetdə TÖMER hazırlığı adlanır.
Normalda hər bir universitet 4 il olursa Türkçe Yeterlilik Sınavına girməyənlər üçün universitet müddəti 5 il olur.  Əlavə oxunacaq bu bir ildə siz Türk dilini öyrənirsiniz. Bir çox universitetlərdə belə bir qayda varki əgər siz fakültəni qazanmısınız və Tömər imtahanından keçə bilməmisinizsə siz 6 ay Türk dilini öyrənəcəksiniz 6 ay sonra isə düşdüyünüz ixtisasa aid dərsliklər keçirsiniz.

Türkiydə 99% universitetlərin keçirdiyi Türkçe Yeterlilik Sınavı digər Türkiye universitetləri tərəfindən qəbul edilir.

Türkiyədə təhsil üzrə məsləhətçi Əşrəf Əşrəfli tərəfindən hər il bir neçə universitetin TÖMER imtahanı Azərbaycanda təşkil edilir. Beləki siz bu imtahanlardan birinə Azərbaycanda girməklə TÖMER Sertfikatı əldə edirsiniz.

Əldə etdiyiniz sertfikat isə Türkiyənin digər universitetləri tərəfindən tanınır.

TYS imtahanını Azərbaycanda verməyin əsas üstünlüklərindən biri imtahan həyəcanını aradan qaldırmaqdır və ya siz bu imtahandan kəsilsəniz yenidən hazırlaşıb növbəti dəfə imtahanı keçə bilərsiniz.

Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir. Bu səviyyələr aşağıdakılardır.

A1 – Başarısız – (Bu nəticə tamami ilə keçərsizdir) – Ø
A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir) – Ø
B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
B2 – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
C1 – Başarılı – (Bu nəticəni 100% universitetlər qəbul edir)
C2 -Başarılı – (Bu nəticə tamami ilə 100% keçərlidir lakin hər universitet bu nəticəni vermir)

Əgər siz Türkçe yeterlilik sınavına girirsinizsə istənilən halda yuxarıda sadalanan 6 səviyyədən birinə aid biliyiniz olduğuna dair sizə sertfikat veriləcəkdir.

İmtahanlara Azərbaycanda qeydiyyat olmaq üçün Əşrəf Əşrəfli Xaricdə təhsil məsləhətçisinə müraciət edə bilərsiniz.

Tel:  050-807-57-37(WhatSapp var)